çərşənbə axşamı, 24 mart 2026

DÜNYA FUTBOLU

“Liverpul”dan ayrılmaq istəyir

06.04.2021 18:36 Oxundu 492

"Liverpul"un futbolçusu Nabi Keyta klubdan ayrılmaq istəyir.

"CEMPİON.AZ” "Footbal İnsider"ə istinadən xəbər verir ki, 26 yaşlı yarımüdafiəçi komandada kifayət qədər oyun şansı ala bilməməsindən narazıdır. Buna görə də o, Premyer Liqa klubundan ayrılmağı düşünür. Bildirilir ki, "mersisaydlılar" da Keytanı satmağa hazırdır. Qvineyalı oyunçu üçün əsas namizəd isə "Lester"dir.

Qeyd edək ki, Keyta bu mövsüm bütün turnirlərdə 15 matç keçirib.