çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

Qvardiola: "Borussiya" tipik Çempionlar Liqası klubudur"

07.04.2021 11:21 Oxundu 403


"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 finalında Dortmund "Borussiya"sına qalib gəldikləri matçdan (2:1) sonra oyunu şərh edib.

"CEMPİON.AZ" xəbər verir ki, 49 yaşlı mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında deyib: "Dortmuntdakı cavab oyununa qələbə qazanmaq üçün gedəcəyik. Bugünkü matçın ilk yarısında topu ən ağıllı şəkildə idarə etmədik. İkinci hissədə isə vəziyyət düzəldi. 2-3 yaxşı qol şansımız oldu. "Borussiya" tipik Çempionlar Liqası klubudur. İllərdir bu turnirdə iştirak edir və nə edəcəyini bilir. Onları məğlub etmək üçün səfərə gedəcəyik".

Qeyd edək ki, komandalar arasında cavab görüşü aprelin 13-də keçiriləcək.