çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

Gənc futbolçu ÇL-də fərqləndi

07.04.2021 12:47 Oxundu 503


Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Liverpul”u qəbul edən “Real” 3:1 hesablı qələbə qazanıb.

"CEMPİON.AZ" xəbər verir ki, bu qarşılaşma “kral klubu”nun hücumçusu Vinisyus Junior üçün əlamətdar olub.

Dubl edərək qarşılaşmanın qəhrəmanına çevrilən braziliyalı vinger ÇL tarixində 1/4 finalda qol vuran ən gənc oyunçu ünvanına yiyələnib. O, 20 yaş 268 günlüyündə buna nail olub. Vinisyus 21 yaş 336 günündə “Deportivo” ilə görüşdə qol vuran “Milan”ın sabiq braziliyalısı Kakanın rekordunu yeniləyib.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu aprelin 14-də Liverpulda keçiriləcək.