07.04.2021 14:28
426


"Mançester Siti" futbolçusu Kevin De Brüyne ilə 2023-cü ilin yayına qədər olan müqaviləni uzadıb.
“CEMPİON.AZ” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçikalı yarımmüdafiəçinin yeni sözləşməsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 30 yaşlı futbolçu 2015-ci ildən "Mançester Siti"də çıxış edir. O, bu mövsüm "şəhərlilər"in heyətində bütün turnirlər daxil 33 oyuna 8 qol vurub, 16 məhsuldar ötürmə edib.