çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

“Liverpul”un futbolçularına qarşı irqçilik

07.04.2021 16:17 Oxundu 470

İngiltərənin "Liverpul" klubunun futbolçuları Trent Aleksander-Arnold və Nabi Keyta İspaniyada "Real Madrid"ə uduzduqları Çempionlar Liqasının 1/4 finalının ilk matçından sonra irqçiliyə məruz qalıb.
“CEMPİON.AZ” "Sky Sports"a istinadənxəbər verir ki, hər iki oyunçuya instaqramda meymun emojisi ilə birlikdə çoxsaylı şərhlər yazılıb. Sosial şəbəkə məsələni araşdırmağa başlayıb.
Qeyd edək ki, qarşılaşma "Real Madrid"in 3:1 hesablı qələbəsi ilə bitib. Aleksander-Arnold Mersisayd təmsilçisinin buraxdığı ikinci qolda səhvə yol verib. Keyta isə birinci hissədən sonra əvəzlənib. Komandalar arasındakı cavab oyunu aprelin 14-də olacaq.