çərşənbə axşamı, 09 sentyabr 2025

DİGƏR NÖVLƏR

Yay Olimpiya oyunlarının məşəl estafeti ləğv edildi

07.04.2021 19:23 Oxundu 474

Yaponiyanın Osaka şəhərində Yay olimpiya oyunlarının məşəlinin estafeti ləğv olunub.
“CEMPİON.AZ” xəbər verir ki, bunu Osaka prefekturasının qubernatoru Hirofumi Yosimura elan edib.
Bu qərar koronavirusa yoluxma hallarının şəhər ərazisində kəskin artması ilə əlaqədar qəbul edilib. Son günlərdə Osakada 800-ə yaxın yoluxma qeydə alınıb.
Qeyd edək ki, martın 25-də Fukusima prefekturasında başlamış məşəl estafeti Osakadan aprelin 13-14-də keçməli idi.
Tokio Yay olimpiya oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Trend