cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

"Çelsi" onu komandaya gətirmək istəyir

07.04.2021 20:44 Oxundu 379


"İnter"in hücumçusu Romelu Lukaku "Çelsi"yə qayıda bilər.
"CEMPİON.AZ" 
xəbər verir ki, bu barədə "Calciomercato" nəşri məlumat yayıb. Bildirilib ki, London klubu yayda yüksək səviyyəli mərkəz hücumçusu ilə müqavilə imzalamaq niyyətindədir.
"Çelsi"nin Roman Abramoviçin qısa siyahısında yer alan 27 yaşlı hücumçu prioritetlər arasında "Borussiya"nın futbolçusu Erlinq Haalanddan sonra ikinci yerdədir  .
Nəşr yazıb ki, London təmsilçisi belçikalı oyunçu üçün 100 milyon avrodan çox təklif göndərməyə hazırdır.
Qeyd edək ki, Lukaku 2011-2014-cü illərdə "Çelsi"də oynayıb. Onunla "Mançester Siti"nin də maraqlandığı iddia olunur.