şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

"Bavariya"dan gedir

07.04.2021 22:31 Oxundu 400


"Bavariya"nın baş məşqçisi Hans-Diter Flik Münhen təmsilçisini tərk edə bilər.

"CEMPİON.AZ" "Bild"ə istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis klubdakı vəziyyətdən narazıdır. O, yayda "Bavariya"dan ayrıla biləcəyini rəhbərliyə bildirib. Nəşr yazıb ki, Flikin idman direktoru Hasan Salihamidziçlə münasibətləri yaxşı deyil. Onlar kadr və transfer məsələlərində fərqli fikirlərə sahibdirlər.

Qeyd edək ki, Flik 2019-cu ildən Bundesliqa klubunu çalışdırır.