cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Serjiu Konseysau"Çelsi"dən yaxşı idik"

08.04.2021 10:56 Oxundu 429


"Portu" nun baş məşqçisi Serjiu Konseysau Çempionlar Liqasının 1/4 finalında "Çelsi"yə 0:2 hesabı ilə uduzduqları oyunu şərh edib.

"CEMPİON.AZ"  xəbər verir ki, o, nəticənin ədalətsiz olduğunu deyib:

"Amma futbol qol deməkdir. "Çelsi" qol vurdu və biz fərqlənə bilmədik. Komanda çox yaxşı oyun göstərdi, müdafiədə etibarlı oynadı və təhlükəli hücuma keçdi. Bir neçə qol epizodları yaratdıq, amma həyata keçirə bilmədik. İndiyə qədər yalnız ilk matç oynanıldı, ən yaxşısına inanacağıq. Futbolçular əla futbol nümayiş etdirdilər. Rəqibin güclü tərəflərini bilirik. Onların çoxsaylı keyfiyyətli oyunçuları var, amma biz "Çelsi"dən yaxşı idik. Lakin mənəvi qələbə nəzərə alınmır, nəticə vacibdir".