çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

DÇ-2022-də bu yenilikdən istifadə ediləcək - FOTO

08.04.2021 14:46 Oxundu 445

Qətərdə keçiriləcək dünya çempionatında ofsaydı avtomatik aşkarlama üçün sistemindən istifadə ediləcəyi gözlənilir.
“CEMPİON.AZ” xəbər verir ki, bu barədə FİFA-nın Futbolun Qlobal İnkişafı Departamentinin rəhbəri Arsen Venger "The Times"a açıqlamasında bildirib.
Onun sözlərinə görə, ofsaydın avtomatik təyin edilmə sistemi 2022-ci ilədək hazır olacaq: "Yeni texnologiyanın tətbiq olunmasında israr edirəm, bunun sayəsində ofsayd epizodunun siqnalı dərhal xətt hakiminə çatacaq".
Qeyd edək ki, dünya çempionatı gələn il 21 noyabr - 18 dekabrda keçirilməlidir. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.