çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

Hakan Çalhanoğlu Premyer Liqa klublarının hədəfində

08.04.2021 15:17 Oxundu 442


"Milan"ın futbolçusu Hakan Çalhanoğlu İngiltərənin nəhəng klublarının maraq dairəsinə düşüb.

"CEMPİON.AZ" "Sky Sport İtalia"ya istinadən  xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçini "Arsenal" və "Çelsi" yayda heyətinə qatmaq üçün mübarizə aparacaq. "Milan" isə müqaviləsi mövsümün sonunda başa çatacaq Çalhanoğlunu komandada saxlamaq istəyir. Klub türkiyəli oyunçuya həftəlik 66 min sterliq maaş təklif edir. Futbolçunun tələbi isə 82 min sterlinqdir.

Transfermarkt Türkiyə millisinin də üzvü olan oyunçunun satış dəyərini 35 milyon avro kimi müəyyənləşdirib.

Xatırladaq ki, Hakanla "Yuventus"un da maraqlandığı iddia olunur.