çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

3 gənc futbolçu ilə müqaviləni uzadacaq

09.04.2021 14:54 Oxundu 412

“Barselona” bu mövsüm parlaq oyun nümayiş etdirən üç gənc futbolçusu ilə müqaviləni yeniləməyə hazırlaşır.

“CEMPİON.AZ” “Diario Sport”a istinadən xəbər verir ki, bunlar hücumçu Pedri, yarımmüdafiəçi İlayş Moriba və müdafiəçi Oskar Mingesdir.

Kataloniya klubunun 400 milyon avroluq təzminat məndinin qorunması ilə Pedriyə 4 və ya 5 illik müqavilə təklif edəcəyi bildirilib. 18 yaşlı oyunçunun maaşı da artırılacaq.