çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

"Milan" Piolini göndərməyəcək

09.04.2021 15:53 Oxundu 437


İtaliyanın “Milan” klubunun baş məşqçisi Stefano Piolinin gələcək taleyinə aydınlıq gəlib.

"CEMPİON.AZ" xəbər verir ki, klub rəhbərliyi çalışdırıcıya dəstək nümayiş etdirib.

A seriyası təmsilçisi Piolini növbəti mövsümdə də komandada saxlamağa üstünlük verib. “Milan”ın cari mövsümdəki nəticələri buna təsir etməyəcək. Hətta komanda Çempionlar Liqasına düşməsə də, baş məşqçi dəyişikliyi olmayacaq.

Qeyd edək ki, A seriyasının 29 turundan sonra “Milan” ikinci pillədə qərarlaşıb.