çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

"Real Madrid"in heyəti

09.04.2021 21:34 Oxundu 1507


"Real" La Liqanın 30-cu turunda "Barselona" ilə oyun üçün iştirak ərizəsini açıqlayıb.

"CEMPİON.AZ" klubun saytına istinadən xəbər verir ki, zədəsini bərpa etməyə davam edən yarımmüdafiəçi Eden Hazard siyahıda yer almayıb. Bundan başqa, Madrid təmsilçisinin müdafiəçiləri Serxio Ramos,  Rafael Varan və Dani Karvahal da zədə səbəbindən "El Klassiko"nu buraxacaq.

"Real"ın iştirak ərizəsi

Qapıçılar: Kurtua, Lunin, Altube

Müdafiəçilər: Militao, Naço, Marselo, Odriosola, Mendi

Yarımmüdafiəçilər: Kroos, Modriç, Kazemiro, Valverde, İsko

Hücumçular: Benzema, Asensio, Vaskes, Vinisius, Mariano Dias, Rodriqo

Qeyd edək ki, sabah keçiriləcək "Real" - "Barselona" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.