çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

Avro-2020-də oynamayacaq

10.04.2021 13:24 Oxundu 428


İtaliya millisinin və “Roma”nın futbolçusu Nikolo Zaniolo Avro-2020-də iştirak edə bilməyəcək.

"CEMPİON.AZ" “Football İtalia”ya istinadən xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib. 1 il ərzində 2 dəfə sıradan çıxan 21 yaşlı yarımmüdafiəçi zədə səbəbindən turniri buraxacağını bildirib:

“Avro-2020-də iştirak edə bilməyəcəyim üçün məyus oldum. Amma məqsədim gələn il keçiriləcək Dünya kubokuna hazırlaşmaqdır”.

Qeyd edək ki, Zaniolo 2019-cu ildən yığmanın üzvüdür.