10.04.2021 13:47
430

“Barselona” futbolçusu Usman Dembele ilə yeni müqavilə imzalamağa hazırlaşır.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Kataloniya klubu ilə 23 yaşlı hücumçu arasında razılıq əldə olunub. Onların 2025-ci ilədək sözləşmə imzalayacağı gözlənilir. Hazırda müqavilənin bir neçə detalı üzərində işlənilir. Futbolçunun indiki sözləşməsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.
Daha əvvəl bildirilmişdi ki, tərəflər anlaşa bilməsə, klub fransalı oyunçunu elə bu yay satacaq.
Qeyd edək ki, Dembele bu mövsüm 36 matçda 10 qol vurub və 4 qolun ötürməsini verib.