10.04.2021 14:35
498

“Liverpul” türkiyəli futbolçu Ozan Kabakla bağlı qərarını verib.
"CEMPİON.AZ" xəbər verir ki, hazırda müqavilə ilə “Şalke”yə məxsus olan mərkəz müdafiəçisi transfer olunacaq.
“Qırmızılar” icarə əsasında komandada çıxış edən gənc oyunçunun çıxışından məmnundur. İngilislər Türkiyə millisinin üzvünün birdəfəlik satın alınma maddəsini aktivləşdirəcək. Bu isə Bundesliqa klubuna 21 milyon avro qazandıracaq.
Qeyd edək ki, “Liverpul”un qış fasiləsində icarəyə götürdüyü Ozan Kabak “mersisaydlılar”ın heyətində 9 görüşdə iştirak edib.