çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

"Yuventus" İkardinin transferində maraqlıdır

10.04.2021 15:23 Oxundu 425


“Yuventus” PSJ-nin futbolçusu Mauro İkardini transfer etməyi planlaşdırır.

"CEMPİON.AZ" “Football İtalia”ya istinadən xəbər verir ki, klub bunun qarşılığında paytaxt təmsilçisinə  oyunçusu Paulo Dibalanı təklif edir. “Yuventus” artıq bu keçid üçün PSJ ilə danışıqlara başlayıb. Hətta Turin təmsilçisi İkardinin həyat yoldaşı və meneceri Vanda Nara ilə görüşməyi planlaşdırır.

Qeyd edək ki, Dibala bu mövsüm A seriyasında 12 matçda 3 qol vurub və 2 qolun ötürməsini verib. İkardi isə Liqa 1-də 15 matçda 5 qol vurub və 3 qolun ötürməsini verib.