10.04.2021 15:48
428

“Mançester Yunayted”in futbolçusu Edinson Kavani karyerasını Argentinada davam etdirə bilər.
"CEMPİON.AZ" ESPN-ə istinadən xəbər verir ki, 34 yaşlı hücumçunu “Boka Xuniors” heyətinə qatmaq istəyir. Artıq klubun vitse-prezidenti Roman Riqelme Kavani ilə danışıqlara başlayıb. Uruqvaylı oyunçunun “qırmızı şeytanlar”la müqaviləsi isə yayda başa çatır.
Qeyd edək ki, Kavani bu mövsüm 28 matçda 7 qol vurub və 2 qolun ötürməsini verib.