
"Barselona" nın futbolçusu Frenki de Yong bu gün La Liqanın 30-cu turunda " Real"la oyun öncəsi İspaniyadakı çempionluq mübarizəsindən danışıb.
"CEMPİON.AZ" “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi deyib:
“La Liqada çempion olmaq bizim əlimizdədir. Bütün qarşılaşmalarda qalib gəlsək, çempion olacağıq. Hər şey yalnız özümüzdən asılıdır. “El-Klassiko”nu qazanmaq çox vacibdir. Belə bir nəticə bizi hədəfə yaxınlaşdırar. Amma bu matçın həlledici olacağını düşünmürəm. “El-Klassiko”da qazanmaq və ya məğlub olmaq La Liqada çempion olmağımız və ya şansları itirdiyimiz anlamına gəlmir. “Real”la matçlarda həmişə çox təzyiq olur. Bugünkü “El-Klassiko” əvvəlkilərdən fərqli olmayacaq. Qazanmaq istəyirik”.
Niderlandlı oyunçu komanda yoldaşı, kapitan Lionel Messi haqqında da dnaışıb: