10.04.2021 17:44
421

“Arsenal”ın baş məşqçisi Mikel Arteta qarşıya qoyduqları məqsədlərdən danışıb.
"CEMPİON.AZ" goal.com-a istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis növbəti mövsüm üçün Avropa Liqasına vəziqə qazanmağı vəzifə hesab etdiklərini deyib:
“Avropa yarışlarına qarşı təzyiq hiss etmirəm. Avroliqaya vəsiqə qazanmaq bizim borcumuzdur. Çünki biz Avropada mübarizə aparmaq istəyirik. Əlbəttə elə komandalar var ki, Avroliqanı yox, komandanı yenidən qurmağa vaxt ayırmağı seçirlər. Lakin mən Avrokubokları seçərdim”.
Qeyd edək ki, “Arsenal” Premyer Liqanın turnir cədvəlində 42 xalla 10-cudur.