10.04.2021 20:10
639


Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura start verilib.
"CEMPİON.AZ" xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. "Neftçi" səfərdə "Qəbələ"nin qonağı olub. Görüş 2:2 hesabı ilə başa çatıb. 21-ci turda "Sumqayıt"a uduzan (0:2) Bakı təmsilçisi ardıcıl 2 oyunda qələbə qazana bilməyib.
Digər görüşdə isə "Sabah" doğma meydanda "Səbail"lə üz-üzə gəlib və qolsuz bərabərə qalıb.
18:00. “Sabah” –“Səbail” - 0:0
Qırmızı vərəqə: Məqsəd İsayev, 90+2-iki sarı vərəqə ("Səbail")
16:00. “Qəbələ” – “Neftçi” - 2:2
Qollar: Ceyms Adeniyi, 54 (1:0), Mirabdulla Abbasov, 62 (1:1), Yurqen Qoxa, 67 (2:1), Emin Mahmudov, 71-pen (2:2)
1 | Neftçi | 22 | 13 | 4 | 5 | 32-23 | 43 |
2 | Qarabağ | 21 | 12 | 7 | 2 | 47-14 | 43 |
3 | Zirə | 21 | 7 | 10 | 4 | 24-21 | 31 |
4 | Sumqayıt | 21 | 7 | 8 | 6 | 25-24 | 29 |
5 | Qəbələ | 22 | 5 | 9 | 8 | 20-31 | 24 |
6 | Səbail | 22 | 4 | 8 | 10 | 19-33 | 20 |
7 | Sabah | 22 | 5 | 5 | 12 | 20-29 | 20 |
8 | Keşlə | 21 | 3 | 9 | 9 | 21-33 | 18 |