
“Real”ın baş məşqçisi Zinəddin Zidan La Liqanın 30-cu turunda “Barselona”ya qalib gəldikləri matç (2:1) haqqında danışıb.
"CEMPİON.AZ" xəbər verir ki, 48 yaşlı mütəxəssis layiqli qələbə qazandıqlarını deyib:
“Çox xoşbəxtəm. Oyuna mükəmməl başladıq və layiqli bir qələbə qazandıq. Üçüncü qolu vurmaq üçün çox sayda şansımız oldu. Vəziyyət barədə hər kəsin öz fikri var, Amma Braytvayta Mendi toqquşandan sonra hakim penalti təyin etməyibsə, bunun əlavə bir səbəbi yoxdur. Önəmli olan meydanda nə etdiyimizdir. “Barselona” güclü komandadır. Ona görə də çətin anlar yaşadıq. Ancaq hər şeyi hakimin üzərinə atmaq olmaz. Futbolçularımın çıxışına görə xoşbəxtəm. Bu gün çoxlu dəyişiklik etdik. Bütün futbolçular oyuna köklənmişdi, hamı oynamaq istəyir. Bu, məni çox xoşbəxt edir. Hamımız bir şey üçün çalışırıq və qələbəni birlikdə qazandıq. Çempionluq uğrunda mübarizə baxımından heç nə dəyişmədi. Qarşıda hələ çox matç var. İndi iki çətin oyundan sonra dincəlməliyik. Mövsümün sonunda nə olacağını bilmirəm. Fiziki hazırlıq baxımından son həddəyik”.
Qeyd edək ki, “Real” bu görüşdən sonra xallarının sayını 66-ya çatdıraraq, liderliyə yüksəlib.