11.04.2021 13:27
423

La Liqanın 30-cu turunda “Barselona” ilə matç “Real” üçün xüsusi olub.
"CEMPİON.AZ" “Gracenote”a istinadən xəbər verir ki, “kral klubu” əzəli rəqibi üzərində bütün turnirlərdə ardıcıl 3-cü qələbəsini qazanıb (2:1). Madrid təmsilçisi son dəfə belə nəticəni 43 il əvvəl 1977/78 mövsümündə göstərib.
Qeyd edək ki, “Real” bu qalibiyyətdən sonra xallarının sayını 66-ya çatdırıb və turnir cədvəlində liderdir.