çərşənbə axşamı, 09 sentyabr 2025

BİZİM FUTBOL

Füzuli Cavadov vəfat edib

11.04.2021 16:52 Oxundu 556


Azərbaycanın veteran futbolçusu Füzuli Cavadov vəfat edib.

"CEMPİON.AZ" xəbər verir ki, o, 71 yaşında dünyasını dəyişib.
 
Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadovun atası, AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadovun qardaşı olan Füzuli Cavadovun ölüm səbəbi koronavirus olub.

Qeyd edək ki, karyerasının böyük hissəsi “Neftçi” ilə bağlı olan Füzuli Cavadov 1972-1979-cu illərdə “ağ-qaralar”ın formasını geyinib. 

Allah rəhmət eləsin!