11.04.2021 19:57
445


“Zirə” səfəri hər zaman çətin olub. Futbolçular əllərindən gələni etdilər".
"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın 22-ci turunda "Zirə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Qolsuz başa çatan matçı şərh edən çalışdırıcı zədələnən Tərlan Quliyevdən başqa əvəzetmə etməməyinin səbəbini də açıqlayıb: "Meydan da ağır idi. Futbolçuların zədələnməməsi bizim üçün vacibdir. Sevindirici haldır ki, zədəsiz və bir xalla qayıdırıq. Tərlan Quliyevin zədəsinin yüngül olacağına ümid edirik. Qələbə bizim üçün vacib idi. Futbolçular tapşırıqları yerinə yetirdilər.
Meza Kolli uzun müddət idi komandayla çalışmırdı. Yevgeni Koçukda da eyni vəziyyət idi. Onları qorumaq üçün risk etmədim".