çərşənbə axşamı, 09 sentyabr 2025

BİZİM FUTBOL

"Sabah" heyətini hücumçu ilə gücləndirib

12.04.2021 15:25 Oxundu 410


“Sabah” hücumçusu Tiemoko Fofananın transfer hüququna yiyələnib.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Fil Dişi Sahilindən olan futbolçunun keçidi ilə bağlı Finlandiyanın “İlves” klubu ilə razılığa gəlinib. 21 yaşlı hücumçu bakılılarla yeni 3 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Fofana “Sabah”a bu ilin yanvarında “İlves”dən icarəyə götürülüb. Forvard cari mövsüm Azərbaycan Premyer Liqasında 8 oyun keçirib, 1 qola imza atıb.