çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

"Bavariya" ilə oyunu buraxacaq

12.04.2021 16:55 Oxundu 466


Fransanın PSJ klubu itki ilə üzləşib.

"CEMPİON.AZ" xəbər verir ki, Paris təmsilçisi kapitanı Markinyosun xidmətindən məhrum olub.

O, Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bavariya” ilə cavab oyununu buraxacaq. Komandasının 3:2 hesabı ilə qalib gəldiyi səfər matçının ilk yarısında zədələndiyi üçün əvəzlənən müdafiəçi tam bərpa olunmayıb. Markinyos bugünkü məşqdə də iştirak edə bilməyib.

Qeyd edək ki, PSJ – “Bavariya” matçı aprelin 13-də keçiriləcək.