çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

"Real"ın 300 milyonluq təklifini rədd edib

12.04.2021 22:37 Oxundu 405


"Real" 2019-cu ilin yayında PSJ-nin futbolçusu Neymarı transfer etmək istəyib.

"CEMPİON.AZ" "L'equipe" nəşrinə istinadən xəbər verir ki, bu barədə braziliyalı hücumçunun sabiq meneceri Vaqner Ribeyro məlumat verib:

"Neymar PSJ  ilə müqaviləni uzatmadan öncə "Real"a keçməyə yaxın idi. Madrid klubu onun üçün 300 milyon avro ödəməyə hazır idi. Florentino Peres mənə bu barədə danışdı. Ancaq PSJ prezidenti Nasser Əl-Xəlafi bu təklifi rədd etdi. O, Peresə Neymarı 1 milyard avroya belə satmayacağını söylədi".

Qeyd edək ki, Neymarın Paris təmsilçisi ilə hazırkı müqaviləsi 2022-ci ilin yayı başa çatır.