çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

"Real"ın prezidenti seçildi

13.04.2021 11:12 Oxundu 473


Florentino Peres yenidən "Real"ın preizidenti seçilib.

"CEMPİON.AZ" AS-a istinadən xəbər verir ki, 74 yaşlı funksionerdən başqa şəxs namizədlik irəli sürmədiyi üçün o, avtomatik prezident olub. Peres 2025-ci ilədək bu vəzifəni icra edəcək. Həmçinin Peres “Real”ın büdcəsinə 124 milyon avro (klub büdcəsinin 15 faizi) gəlir gələcəyinə zəmanət verən yeganə şəxs olub.
Qeyd edək ki, Peres ilk dəfə 2000-ci ildə Madrid təmsilçisinin prezidenti seçilib. O, 2006-cı ildə işindən ayrılsa da, 2009-cu ildə yenidən bu vəzifəyə qayıdıb.