çərşənbə, 10 sentyabr 2025

DÜNYA FUTBOLU

Çempionlar Liqasında ilk yarımfinalçılar bilindi

14.04.2021 01:37 Oxundu 407

Bu gün Çempionlar Liqasında iki yarımfinalçı müəyyənləşib.

“CEMPİON.AZ” xəbər verir ki, ilk oyunda səfərdə 2:0 hesablı qələbə qazanan "Çelsi" "Portu" ilə bu dəfə evdə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Bu məğlubiyyətə baxmayaraq, London klubu yarımfinala yüksəlib.

PSJ isə 1 həftə əvvəl 3:2 hesabı ilə məğlub etdiyi "Bavariya"nı doğma meydanda qəbul edib. 0:1 hesabı ilə uduzan Paris təmsilçisi iki görüşün nəticəsinə əsasən, növbəti mərhələyə adını yazdırıb. 

Çempionlar Liqası, cavab oyunları

13 aprel
23:00. "Çelsi" (İngiltərə) - "Portu" (Portuqaliya) - 0:1
Qol: Taremi, 90+4
İlk oyun - 2:0

23:00. PSJ (Fransa) - "Bavariya" (Almaniya) - 0:1
Qol: Şupo-Motinq, 40
İlk oyun - 3:2