çərşənbə, 10 sentyabr 2025

DÜNYA FUTBOLU

Çempionlar Liqası tarixində ilk

14.04.2021 11:14 Oxundu 402


Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində “Bavariya” ilə PSJ arasında keçirilən cavab oyununda almanlar 1:0 hesablı qələbə qazansa da, mübarizəni dayandırıb.

"CEMPİON.AZ" xəbər verir ki, ilk görüşdə səfərdə 3:2 hesablı qalibiyyət əldə edən Fransa çempionu məhz səfər qolları sayəsində yarımfinala adlayıb.

Bununla Çempionlar Liqası tarixində ilk dəfə mövcud çempion bir il əvvəl finalda üstələdiyi rəqibə pley-off mərhələsində məğlub olub.
Qeyd edək ki, PSJ-nin yarımfinaldakı rəqibi “Borussiya” (Dortmund, Almaniya) – “Mançester Siti” (İngiltərə) cütünün qalibi olacaq.