14.04.2021 12:51
502
502

Fransanın PSJ klubunun futbolçusu Neymar Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bavariya” ilə oyunundan sonra rəqibin topa daha çox nəzarət etməsinə münasibət bildirib.
"CEMPİON.AZ" braziliyalı hücumçu 0:1 hesablı məğlubiyyətə baxmayaraq, ümumi nəticədə yarımfinala yüksəlmələrinin daha önəmli olduğunu özünəməxsus şəkildə vurğulayıb.
O, bu yolla cavab oyunu ərəfəsində ilk matçdakı dominant futboldan danışan Coşua Kimmixə də söz atıb: “Sən nə qədər istəsən topa nəzarət edə bilərsən... Bütün gecə qadının yanında ola bilərsən, amma kimsə gələcək və 5 dəqiqəyə onu səndən aparacaq”.
Qeyd edək ki, Münhendəki ilk oyunda 3:2 hesabı ilə qalib gələn Fransa çempionu evdə 1 qolla uduzsa da, yarımfinala yüksəlib.