bazar ertəsi, 29 dekabr 2025

DÜNYA FUTBOLU

Modriç: “Real” hər zaman böyük futbolçuları qarşılamağa hazırdır"

14.04.2021 13:24 Oxundu 437


“Real”ın futbolçusu Luka Modriç PSJ-nin oyunçusu Kilian Mbappenin Madrid təmsilçisinə mümkün transferi barədə danışıb.

"CEMPİON.AZ" goal.com-a istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi deyib:

“Mətbuatda hər zaman mümkün transferlər barədə şayiələr yayılır. Mbappe əla futbolçudur, bunu həm milli komandada, həm də PSJ-də sübut etdi. “Real” hər zaman böyük futbolçuları qarşılamağa hazırdır. Amma indi mövsümdə kimin hara gedə biləcəyi barədə danışmaq səhvdir. Gəlin görək bundan sonra nə olacaq. Kilian dünyanın ən yaxşı oyunçularından biridir”.

Qeyd edək ki, “Real” yay transfer pəncərəsində Mbappeni heyətinə qatmaq istəyir.