bazar ertəsi, 29 dekabr 2025

DÜNYA FUTBOLU

Finalın yeri dəyişdirilmədi

14.04.2021 13:48 Oxundu 442


UEFA İstanbulun ev sahibliyi edəcəyi Çempionlar Liqası finalını başqa bir ölkəyə keçirməyəcək.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Daha əvvəl Türkiyədə koronavirus pandemiyasının geniş yayıldığına görə Avropanın ali futbol qurumunun ev sahibliyini İstanbuldan alacağı haqda xəbərlər yayılmışdı. Lakin məlum olub ki, UEFA belə bir şeyi düşünmür. Turnirin həlledici matçı təyin olunan vaxtda İstanbulda "Atatürk Olimpiya Stadionu"nda oynanılacaq.
Qeyd edək ki, final matçı mayın 29-da keçiriləcək.