14.04.2021 19:41
436
436

Çempionlar Liqasının 1 /4 finalında “Çelsi”nin baş məşqçisi Tomas Tuhellə “Portu”nun çalışdırıcısı Serxio Konseisau arasında qalmaqal baş verib.
"CEMPİON.AZ" “Record”a istinadən xəbər verir ki, portuqaliyalıların qalib gəldiyi (1:0) oyunun final fitindən dərhal sonra baş məşqçilərin bir-biri ilə görüşdüyü vaxt Tuhel Serxioya deyib: “Lənətə gələsən”. Bu isə qalmaqala səbəb olub. Hətta mübahisəyə futbolçular da qoşulub.
Serxio görüşdən sonra keçirilən mətbuat konfransında məsələ ilə bağlı deyib: “İndi qonşu otaqda olan bəy (Tuhel nəzərdə tutulur- red.) məni təhqir etdi. Hakimə ehtiyat hakimin də bu sözləri eşitdiyini dedim. Vəssalam".
Qeyd edək ki, “Çelsi” iki oyunun cəmində (2:0, 0:1) yarımfinala adlayıb.