426

UEFA "Slaviya"nın (Çexiya) futbolçusu Ondrey Kudelanı 10 oyunluq cəzalandırıb.
"CEMPİON.AZ" qurumun saytına istinadən xəbər verir ki, buna onun Avropa Liqasının 1/8 finalında "Reyncers"lə cavab matçından (2:0) sonra irqçi davranışları səbəb olub.
Xatırladaq ki, "Slaviya" ilə "Reyncers"in futbolçuları arasında Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşündə irqçi zəmində münaqişə yaşanıb.Kudela görüşdən sonra tribunada döyülüb. Oyundan sonra "Reyncers"in baş məşqçisi Stiven Cerrard Kudelanın Şotlandiya təmsilçisinin yarımmüdafiəçisi Glen Kamaraya irqçi şüarlar səsləndirdiyini bildirib. Bundan sonra baş verənlərlə bağlı UEFA intizam işi açıb.
Əlavə edək ki, Kamara matçın sonunda Kudela ilə mübahisə etdiyi üçün isə 3 oyunluq cəzalandırılıb.