bazar ertəsi, 29 dekabr 2025

DÜNYA FUTBOLU

"Mançester Yunayted" Varanla maraqlanır

14.04.2021 21:38 Oxundu 454


Fransa millisinin və İspaniya “Real”ının futbolçusu Rafael Varan yayda İngiltərə Premyer Liqasına yollana bilər.

"CEMPİON.AZ" xəbər verir ki, müdafiəçi “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

İngiltərəlilər yayda klubunu dəyişmək arzusunda olan Varanı heyətinə qatmaq fikrindədir. “Real”ın oyunçu üçün istədiyi 60 milyon funt sterlinq Premyer Liqa klubu üçün kifayət qədər yüksək məbləğdir. Mançester təmsilçisi qiyməti endirə biləcəyinə ümid edir.

Qeyd edək ki, Rafael PSJ-nin də maraq dairəsindədir.