14.04.2021 20:37
466
466

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.
"CEMPİON.AZ" xəbər verir ki, 3-cü qrupda mübarizə aparan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv evdə Yunanıstanla qarşılaşıb. Bakı İdman Sarayındakı görüş yığmamızın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Milli komanda beş oyundan sonra qrup liderliyini və final mərhələsinə vəsiqəni təmin etdiyindən, yunanlarla görüş formal xarakter daşıyırdı.
14 aprel
Azərbaycan – Yunanıstan - 4:0
Qollar: Fineo, 3, Q.Panayotis, 14-avtoqol, İsa Atayev, 16, Ramiz Çovdarov, 25
Hakimlər: Yaroslav Vovçuk, Yevgeni Qordiyenko (hər ikisi Ukrayna)
Bakı İdman Sarayı