14.04.2021 22:44
592
592

Naməlum şəxslər Liverpuldakı "Real"ın avtobusuna daş atıblar.
"CEMPİON.AZ" goal.com-a istinadən xəbər verir ki, bu zaman futbolçular və klubun məşqçisi avtobusda olub. Hadisə zamanı xəsarət alan olmayıb, lakin avtobusun yan şüşəsi tamamilə dağılıb.
Qeyd edək ki, "Real" bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Liverpul"un qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.