bazar ertəsi, 29 dekabr 2025

DÜNYA FUTBOLU

"Real Madrid" və "Mançester Siti" yarımfinalda

15.04.2021 01:15 Oxundu 592


Bu gün Çempionlar Liqasında son iki yarımfinalçı da müəyyənləşib.


"CEMPİON.AZ" xəbər verir ki, 1/4 finalın ilk oyununda "Liverpul"a Madriddə 3:1 hesabı ilə qalib gələn "Real" bu dəfə "mersisaylılar"la səfərdə qarşılaşıb. Oyunda qol olmayıb və "Real" yarımfinala yüksəlib.

"Mançester Siti"yə İngiltərədə 1:2 hesabı ilə uduzan "Borussiya" isə adını yarımfinala yazdırmaq üçün son şanslarını Dortmundda istifadə edib. Ancaq bu dəfə də "şəhərlilər" eyni hesabla qalib gələrək yarımfinala vəsiqə əldə edib. 
Qeyd edək ki, ötən gecə PSJ və "Çelsi" növbəti mərhələyə adlayıb.

UEFA Çempionlar Liqası, 1/4 finalın cavab oyunları
23:00. "Borussiya" Dortmund (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 1:2
Qollar:
 Bellinqhem, 15 (1:0), Mahrez, 55 (1:1), Foden, 75 (1:2)
İlk oyun - 1:2

23:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 0:0 
İlk oyun - 1:3