15.04.2021 11:19
438
438

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan İrlandiya yığmasında baş məşqçi Stefan Kenninin postu laxlayıb.
"CEMPİON.AZ" yerli mətbuata istinadən xəbər verir ki, çalışdırıcı mayın 6-da İrlandiya Futbol Assosiasiyasına hesabat verəcək.
Komandanın qrupda ilk iki oyundakı məğlubiyyətinə baxmayaraq, qurum 50 yaşlı mütəxəssisə daha bir şans vermək qərarına gəlib. Kenni seçmə mərhələ çərçivəsində sentyabrda keçiriləcək daha 3 matçda sükanı arxasına olacaq. Lakin uğursuzluq həmin oyunlarda da davam edərsə, assosiasiya onu istefaya göndərəcək.
Qeyd edək ki, sentyabrın 1-də Portuqaliyanın qonağı olacaq İrlandiya yığması həmin ayın 4-də Azərbaycanı, 7-də isə Serbiyanı qəbul edəcək.