bazar ertəsi, 29 dekabr 2025

DÜNYA FUTBOLU

Qvardiola: "Bu, çox həyəcanlı bir andır"

15.04.2021 11:53 Oxundu 481


"Klub ikinci dəfə turnirin yarımfinalına yüksəldi. Bu, çox həyəcanlı bir andır. İndi tarix yazmağa başlayırıq".

"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 finalında "Borussiya"ya (Dortmund) 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəldikləri cavab oyunundan sonra deyib.

"Avropanın ən yaxşı dörd komandası arasında yarımfinalda olduğumuza görə çox şadıq. Futbolçular ilk hissənin son 30 dəqiqəsində və görüşün bütün ikinci hissəsində əla oynadılar. Xarakter göstərdik, yaxşı birləşdik və istədiyimiz nəticəni əldə etdik. 1/2 finalda özümüzü itirməməyə çalışacağıq" - deyə o bildirib.

Qvardiola komandasının ikinci qolunu vuran Fodenlə arasında olan dialoqundan da danışıb: "Ona "Afərin, əla zərbə idi, təşəkkürlər!" söylədim. Sevincini mənimlə bölüşmək üçün skamyaya qaçdı. Bu, bütün klub üçün unudulmaz bir an idi. Bu uğuru əldə etmək üçün hər birimiz çox çalışdıq. Sadəcə, buna nail olduğumuza inana bilmirəm. İndi dincəlməliyik və bundan sonra bizi nə gözlədiyini düşünəcəyik . "

Qeyd edək ki, "Mançester Siti" yarımfinalda PSJ ilə qarşılaşacaq.