bazar ertəsi, 29 dekabr 2025

DÜNYA FUTBOLU

Klopp: "Qalibiyyəti Madriddə əldən verdik"

15.04.2021 12:18 Oxundu 458


“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar  Liqasının 1/4 finalında “Real”la 0:0 hesabı ilə qolsuz bərabərə qaldıqları cavab oyununu şərh edib.

"CEMPİON.AZ" xəbər verir ki, o, matçla bağlı deyib:

“Qarşılaşmada qalib tərəf olmağı bu gün yox, Madriddə əldən verdik. Bu matçda “Real” xoşagəlməz anlar verdik. Aqressiv oynadıq, şanslar yaratdıq. “Nə vaxt”, “əgər” kimi sözlərin hamısı mənasızdır. Qol vurmadıq, sonra da “Real” təcrübəsi sayəsində nəticəni istədiyi kimi etdi. Bu ilki şansımızı belə sərf etdik. Salahın oxşar vəziyyətlərdə gözlərini yumub, neçə dəfə qol vurduğunu bilirik. Amma bu gün bu, baş vermədi. Bu gün hər şey tamamilə normal idi, turniri tərk edirik".

Alman mütəxəssis gələn mövsüm Çempionlar Liqasına düşmək üçün çalışacaqlarını vurğulayıb: "Biz "Liverpul"uq, bu turniri çox sevirik. O, bizim üçün həqiqətən vacibdir. Madriddə buraxılan üçüncü qol bizim üçün böyük bir məyusluq oldu. Bu gün ilk 15 dəqiqədə qol vursaydıq, hər şey başqa cür ola bilərdi".

Qeyd edək ki, "Liverpul" ilk matçda 1:3 hesabı ilə uduzduğu üçün turnirlə vidalaşıb.