bazar ertəsi, 29 dekabr 2025

DÜNYA FUTBOLU

Emre Can: "Daha da irəli getmək şansımız var idi"

15.04.2021 13:25 Oxundu 472


"Borussiya"nın yarımmüdafiəçisi Emre Can "Mançester Sit" ilə 1/4 finalın cavab oyunundan sonra (1:2) Dortmund təmsilçisinin Çempionlar Liqasını tərk etməsini şərh edib.

"CEMPİON.AZ" UEFA-nın saytına istinadən xəbər verir ki, türkəsilli alman oyunçu matçla bağlı deyib: "İlk görüşdə də rəqib 2:1 hesabı ilə bizdən üstün oldu. Cavab matçında da biz ilk qolu vurduq, lakin sonradan iki qol buraxdıq və yenə məğlub olduq.

Ümumiyyətlə, yaxşı oynadıq, amma yekunda bu, kifayət etmədi. Özümüzlə fəxr edə bilərik. Mübahisəsiz dünyanın ən yaxşı komandasına qarşı oynadıq və bərabər şərtlərlə mübarizə apara biləcəyimizi sübut etdik. Əlbəttə ki, turniri belə tərk etmək məyusedicidir, çünki daha da irəli getmək şansımız var idi".