bazar ertəsi, 29 dekabr 2025

DÜNYA FUTBOLU

“Atletiko Madrid” heyətini gücləndirəcək

16.04.2021 11:54 Oxundu 461

İspaniyanın “Atletiko” klubunun transfer siyahısında yer alan futbolçulardan ikisinin adı bəlli olub.
“CEMPİON.AZ” xəbər verir ki, Madrid təmsilçisi diqqətini İtaliya transfer bazarına yönəldib.
“Atletiko”nun əsas hədəfi “Yuventus”un yarımmüdafiəçisi Nikolo Rovelladır. Klub rəhbərliyi hazırda “Cenoa”da icarədə olan futbolçu İspaniya klubunu gücləndirə biləcəyi qənaətindədir.
“Udineze”nin müdafiəçisi Nauel Molinada La Liqa təmsilçisinin hədəfindədir. Ötən il “Boka Xuniors”dan azad agent kimi keçən argentinalı arxa xətti gücünə güc qatmalıdır.
Qeyd edək ki, Rovella 4, Molina 5 milyon avro ilə dəyərləndirilir.