bazar ertəsi, 29 dekabr 2025

BİZİM FUTBOL

Milli komandanın üzvü Bakıya xəstəxanya gətiriləcək

16.04.2021 15:10 Oxundu 432


Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının və "Kəpəz" klubunun müdafiəçisi Ümid Səmədov Bakıya gətirilir.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin Mətbuat katibi Azad Mustafayev məlumat verib.

Onun sözlərinə görə, mədəaltı vəzində problem aşkarlanan 18 yaşlı oyunçu paytaxtdakı klinikalardan birinə yerləşdiriləcək: "Ümid bir müddət Gəncədə müalicə alsa da, xeyri olmadı. Ona görə də Bakıya göndəriləcək. Özü hərəkət edir, durur-oturur. Sadəcə, ağrıları var".

Qeyd edək ki, Ümid Səmədov I Divizionda XX turunun "Zaqatala" ilə ev oyunundan (1:2) bir gün sonra - aprelin 9-da Gəncədə xəstəxanaya yerləşdirilmişdi.