bazar ertəsi, 29 dekabr 2025

DÜNYA FUTBOLU

Avrokuboklarda 50-ci qolunu vurdu

16.04.2021 16:48 Oxundu 420

Avropa Liqasının 1/4 finalında "Qranada" ilə keçirilən görüş "Mançester Yunayted"in hücumçusu Edinson Kavani üçün əlamətdar olub.


"CEMPİON.AZ" xəbər verir ki, 2:0 hesabı ilə qalib gəldikləri görüşün 6-cı dəqiqəsində fərqlənən forvard avrokuboklardakı qol sayını 50-ə çatdırıb. Bununla da o, uruqvaylı futbolçular arasında ən yaxşı göstəriciyə sahib olub. O, 50 qolu 87 oyuna vurub.

Qeyd edək ki, 34 yaşlı hücumçu ötən ildən "Mançester Yunayted"də çıxış edir.