439

"Oyunun ağır keçəcəyini bilirdik. Ceyms Adeniyi, Merab Giqauri və Niklas itkiləri bizə çətinlik törətdi. Onların boşluğunu doldura bilmədik. Ayxan Abbasovu təbrik edirəm. Layiqli qələbə qazandılar" .
"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 23-cü turunda "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.
O, bu məğlubiyyətin komandanı ruhdan salmayacaqlarını bildirib: "Bu gün ümumi oyun planında çatışmazlıqlar var idi. Planlaşdırdığın futbolçular üzərində oyun qurursan, onlar olmadıqda vəziyət 180 dərəcə dəyişir".
Baxşıyev Asif Məmmədovun erkən əvəzlənməsinin oyuna təsirsiz ötüşmədiyini də söyləyib: "Asif komandanı həm müdafiə, həm də hücum planında toparlaya biləcək futbolçudur. Təcrübəsi komandanı özü ilə aparır. Amma itki təkcə o deyildi. Zədəli və cəzalı futbolçularımızın qayıdışından sonra komandanı toparlayacağımıza ümid edirəm".