18.04.2021 14:39
473
473

İngiltərə kubokunda yarımfinal görüşlərinə start verilib.
"CEMPİON.AZ" xəbər verir ki, bu gün "Çelsi" "Uembli" stadionunda "Mançester Siti" ilə qarşılaşıb. Tomas Tuhelin komandası "şəhərlilər"i 1:0 hesabı ilə məğlub edib. Matçda yeganə qolu 55-ci dəqiqədə Hakim Ziyex vurub. Beləliklə, "Çelsi" İngiltərə kubokunun finalına vəsiqə qazanıb.